• $
  • €
  • ₽
  • ₺
  • £

“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlandı

“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlandı
24.06.2016 18:06
Gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub

"Formula 1”Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.
"Azərbaycan Hava Yolları” (AZAL) mətbuat xidmətindən "Report”a bildirilib ki, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Eyni zamanda 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.
Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.

"Formula 1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.

Yarış müddətində "Silk Way West Airlines”, "Cargolux”və "Nippon Cargo Airlines” yük aviaşirkətləri bolid və digər "Formula 1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan çox təşkil edib.

Qeyd edək ki, ən nüfuzlu idman yarışlarının biri - "Formula 1” Avropa Qran-Pri yarışı iyunun 10-dan 22-dək Bakıda keçirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol