• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir boksçumuz Rio-2016-ya lisenziya qazandı

Daha bir boksçumuz Rio-2016-ya lisenziya qazandı
24.06.2016 20:39
 Azərbaycanın daha bir boksçusu Bakıda keçirilən Dünya Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

"Report"un məlumatına görə, bu, 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynovdur.

19 yaşlı idmançı yarımfinalda Yoselito Velaskesi məğlubiyyətə uğradıb. İlk 2 raundda hakimlər onun, üçüncü raudda isə rəqibinin üstünlüyünü qeydə alıb.
Nəticədə 2:1 hesablı qələbəyə nail olan Hüseynov adını finala yazdırıb və qaydalara əsasən, ilk 2 yerdən birini təmin etdiyi üçün olimpiadada iştirak hüququna yiyələnib.

Bu, Azərbaycanın Bakıdakı turnirdə 81 kq çəki dərəcəsindəki Teymur Məmmədovdan sonra ikinci lisenziyası olub. Məmmədov ötən gün yarımfinala yüksələrək vəsiqəni təmin edib. Bu gün isə 23 yaşlı boksçu rusiyalı rəqibi Pyotr Xamuxovun tibbi müayinədən keçə bilməməsi səbəbindən finala yüksəlib.

Qeyd edək ki, Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda uduzsa da, lisenziya şanslarını qoruyur. Bunun üçün Şahsuvarlının yenildiyi irlandiyalı Maykl O Rillinin turniri qələbə ilə başa vurması lazımdır. O da lisenziya qazansa, Azərbaycanın kişilərdən ibarət boks yığması olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol