“Avro-2016”: 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək

Bu gün "Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək.
Qol.az-ın məlumatına görə, yarımfinal uğrunda Polşa və Portuqaliya milliləri üz-üzə gələcək.
Polşa millisi 1/8 finalda İsveçrəyə penaltilərlə qalib gəlib. Kriştiano Ronaldonun kapitan olduğu Portuqaliya yığması isə güclü Xorvatiyanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.
30 iyun
Avropa çempionatı, 1/4 final
23:00. Polşa - Portuqaliya
Baş hakim: Feriks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Majiç
Marsel. "Velodrom" stadionu
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























