• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi məsələsi müzakirə edilir

Ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi məsələsi müzakirə edilir
04.07.2016 17:28
Azərbaycan Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi  məsələsini müzakirə edir.

Federasiyanın mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, bununla əlaqədar olaraq Federasiya beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Azərbaycanda idmana böyük diqqət göstərilir və bunun da əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra Azərbaycanda olimpiya hərəkatı geniş vüsət alıb.

Bu gün Azərbaycanda idmanın bir çox növü inkişaf edir və sevindirici haldır ki, ağır atletika bu sırada xüsusi yer tutur. Ağır atletika tarixən ölkəmizdə geniş yayılmış idman növlərindən biri olmuşdur. Azərbaycan Ağır Atletika Federasiyası geniş maddi-texniki bazası olan qabaqcıl idman infrastrukturu yaradıb. Ağır Atletika Akademiyası uğurla fəaliyyət göstərir.

Bütün bunlar ona gətirib çıxarmışdır ki, Azərbaycan ağırlıqqaldıranları son illərdə beynəlxalq arenada özlərini yaxşı tanıdıb.

Müsbət nəticəli dopinq testlər ilə bağlı dünyada baş verən son hadisələr Azərbaycan atletlərindən də yan keçməyib. Buna görə də Beynəlxalq Ağır Atletika Federasiyasının idmançıların diskvalifikasiyası haqqında qərarı suallar doğurur ki, Azərbaycan Ağır Atletika Federasiyası da bu suallara cavab almağa ümid edir.

Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir. Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol