İbrahimoviç Kantonanın cavabını verdi

"Mançester Yunayted"in yeni transferi Zlatan İbrahimoviç klubun əfsanəvi futbolçularından olmuş Erik Kantonanın onun haqda dediklərinə cavab verib.
Qol.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, isveçli forvard klubun kralı yox, Allahı olacağını bildirib:
"Kantonanın mənim haqda dediklərini eşitdim və buna hörmətlə yanaşıram. Ancaq o bilməlidir ki, mən "Mançester Yunayted"in kralı yox, Allahı olacam".
Qeyd edək ki, Kantona bir müddət öncə verdiyi açıqlamasında İbrahimoviç haqda belə deyib: "Mançesterdə artıq kral var, sən yalnız şahzadə ola bilərsən".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























