UEFA prezidentliyinə üç namizəd

UEFA prezidentliyinə namizədlər müəyyənləşib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifə uğrunda Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) mübarizə aparacaq.
Qeyd edək ki, UEFA prezidenti seçkisi sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresində keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























