"Yuventus" Poqbanı 120 milyon avroya satmaqdan imtina etdi

Mançester Yunaytedin təklifi rədd edilib
İtaliyanın "Yuventus" klubu futbolçu Pol Poqbanı İngiltərə "Mançester Yunayted"inə 120 milyon avroya satmaqdan imtina edib. "Report"un "Sky Sport Italia"ya istinadən verdiyi məlumata görə, "Napoli"nin forvardı Qonsalo İquainin Turin komandasına mümkün keçidi Poqbanın satılacağı ehtimalı ilə əlaqəli deyil.
Ötən mövsüm fransalı yarımmüdafiəçi İtaliya çempionatında 35 oyuna 8 qol vurub və 12 məhsuldar ötürmə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























