"Yuventus" argentinalı futbolçu İquaini 90 mln. avroya transfer edib

Futbolçu Turin klubu ilə 5 il müddətinə müqavilə imzalayıb
İtaliyanın "Yuventus" klubu "Napoli"nin forvardı Qonsalo İquaini transfer edib.
"Report" xəbər verir ki, klubun rəsmi saytında transfer dəyərinin 90 milyon avro təşkil etdiyi bildirilir.
Argentinalı futbolçu Turin klubu ilə 5 il müddətinə müqavilə imzalayıb.
İquain ötən mövsüm "Napoli"nin heyətində "A" Seriyasında keçirdiyi 35 oyunda 36 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























