Qvardiola onu cəzalandırdı

"Mançester Siti"nin futbolçusu Samir Nəsrinin "Borussiya" (Dortmund) və "Bavariya" ilə yoxlama görüşlərində oynamamağının səbəbi müəyyənləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib.
Təcrübəli mütəxəssis bildirib ki, fransalı oyunçunun çəkisi artdığı üçün ona sözügedən görüşlərdə şans verməyib. S.Nəsri ideal kilosuna qayıtmayana kimi matçlarda oynamayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























