"Qarabağ" üçün 15 potensial rəqib

Sabah Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Qol.az-ın məlumatına görə, Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatdıqdan sonra Avropa Liqasının pley-off mərhələsində iştirak edəcək daha 10 komandanın adı məlum olub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ” üçün artıq 15 potensial rəqib bəllidir. Onlar arasında "Fənərbaxça”, "Olimpiakos” və "Anderlext” kimi klublar da var.
"Şaxtyor” (Ukrayna)
"Olimpiakos” (Yunanıstan)
"Anderlext” (Belçika)
"Fənərbaxça” (Türkiyə)
"Sparta” (Çexiya)
PAOK (Yunanıstan)
BATE (Belarus)
"Slovan” (Çexiya)
"Rusenborq” (Norveç)
"Astana” (Qazaxıstan)
"Astra” (Rumıniya)
"Srvena Zvezda” (Serbiya)
"Dinamo” (Tbilisi, Gürcüstan)
"Trençin” (Slovakiya)
"Partizani” (Albaniya)
Qeyd edək ki, siyahıya bu gün Avropa Liqasının III təsnifat mərhələsinin oyunlarından qalib ayrılan 28 komanda da əlavə olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























