Mourinyo Poqbanın "Mançester Yunayted"ə keçdiyini təsdiq edib

Nəhayət ki, biz onu aldıq
ngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın komandaya transfer edildiyini təsdiq edib.
"Report" xəbər verir ki, məşqçinin sözlərini İngiltərə klubunun "Twitter" sosial şəbəkəsindəki səhifəsi sitat gətirib.
"Bu təəccüblüdür ki, belə yaxşı futbolçu komandamızın bir hissəsinə çevrildi, nəhayət ki, biz onu aldıq", - deyə o bildirib.
Futbolçu ilə klub arasında müqavilənin imzalanmasına dair rəsmi məlumat hələ yoxdur. Gələcək sövdələşmənin detalları da açıqlanmır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























