“Qəbələ” – “Maribor” oyununun yeri dəyişdirildi

"Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində "Maribor”la Bakıda keçirəcəyi oyunun yeri dəyişdirilib.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, oyun əvvələcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda keçirilməyəcək. Buna səbəb həmin stadionun ot örtüyünün yarasız vəziyyətdə olmasıdır.
Qarşılaşma böyük ehtimalla "Dalğa Arena”d keçiriləcək.
Qeyd edək ki, avqustun 18-də keçiriləcək "Qəbələ” – "Maribor” oyunu saat 21:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























