UEFA azərbaycanlı hakimə təyinat verib

UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.
ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Almaniyanın "Hamburg Panthers”, Uelsin "Kardiff Universiteti”, Norveçin "Sandefjord Fotball” və Moldovanın "Klassik Kişinau” komandaları mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























