Qarabağ - Qöteborq matçına 10 min bilet satılıb

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ”la İsveçin "Qöteborq” klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
ANN.Az Azerisport-a istinadən xəbər verir ki, artıq bu oyuna 10 min bilet satılıb.
Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu isə 31200 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 25-də saat 20:30-da keçiriləcək. İlk oyunda Ağdam klubu 0:1 hesabıyla məğlub olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























