• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"ın rəqiblərini yaxından tanıyaq

"Qarabağ"ın rəqiblərini yaxından tanıyaq
27.08.2016 12:08
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klubları ilə birlikdə J qrupunda mübarizə aparacaq.
 
Qol.az klubun saytına istinadən "Qarabağ"ın rəqibləri haqda ətraflı məlumatları təqdim edir.

"Fiorentina” (İtaliya)

"Fiorentina” klubu 1926-cı ildə yaradılıb və İtaliyanın Florensiya şəhərini təmsil edir. Komanda indiyə qədər ikiqat İtaliya çempionu, 6  dəfə İtaliya kuboku və bir dəfə də İtaliya Superkubokunun qalibi olub. "Fiorentina” iki dəfə UEFA kubokunun finalında iştirak edib. Ötən mövsümü isə İtaliya Seria A-da beşinci pillədə başa vurub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. "Fiorentina”nın ləqəbi isə "bənövşəyilər”dir. Komanda ev oyunlarını 47 min 282 nəfərlik tutuma malik olan "Artemio Franki” stadionunda keçirir. Komandanın hazırda baş məşqçisi portuqaliyalı Paulu Souzadır və "Fiorentina” hazırda UEFA klubların reytinq sıralamasında 34-cü pillədə qərarlaşıb. Rəqibin hazırkı heyətində Argentina, Polşa, Sloveniya, Çili, Xorvatiya, İspaniya kimi ölkələri təmsil edən futbolçular çıxış edir.

PAOK (Yunanıstan)

PAOK-un əsası 1877-ci ildə, İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. "Ağ-qaralar" türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK - Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarındandı. "Ağ-qaralar" 2 dəfə Yunanıstan çempionu olmaqla yanaşı, 4 dəfə də ölkə kubokuna sahib çıxıblar. Rəqib ötən mövsüm Yunanıstan Superliqasını 4-cü pillədə başa vurub. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir.Rəqibin heyətində yunanıstanlı futbolçular çoxluq təşkil etsə də, Braziliya, İspaniya, Argentina kimi ölkələrdən də legioner futbolçuları var.Komanda ev oyunlarını 28700 yerlik "Tumba" stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur. PAOK UEFA klubların reytinq sıralamasında 67-ci pillədə qərarlaşıb. PAOK bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb və bu mərhələdə Gürcüstanın "Dinamo" klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırıb.

"Slovan” (Liberets, Çexiya)

"Slovan” klubu 1958-ci ildə yaradılıb və Liberets şəhərini təmsil edir.  Komanda ev oyunlarını 9 min 900 yüz nəfərlik tutuma malik olan "U Nisı” stadionunda keçirir. "Slovan” 3 qat Çexiya çempionudur və iki dəfə də ölkə kubokunun qalibi olub.  Ötən mövsüm isə çempionatın bürünc mükafatçısı olub. Komandaya çexiyalı İndrix Trpisovski rəhbərlik edir. Komandanın heyəti əsasən yerli futbolçulardan ibarətdir, cəmi 5 legioner futbolçusu var (ikisi Slovakiya, ikisi Rusiya və biri isə Nigeriyanı təmsil edir). Liberets təmsilçisi hazırda UEFA klubların reytinq sıralamasında 81-ci pillədə qərarlaşıb. Bu mövsüm Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb. Bu mərhələdə Avstriyanın "Admira" , pley-off-da isə Kiprin "AEK Larnaka" komandasını mübarizədən kənarlaşdırıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol