• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi" "Qalatasaray"ın 3-cü komandasını məğlub edə bilməyib

"Neftçi" "Qalatasaray"ın 3-cü komandasını məğlub edə bilməyib
29.08.2016 22:22
Samir Ələkbərov: Dedilər ki, Qalatasarayla oynayacaqsınız, biz də çıxdıq oynadıq

1990-cı ilin yanvarında "Neftçi"nin Türkiyənin İstanbul şəhərindəki "Ali Sami Yen" stadionunda 2:2 hesablı heç-heçə etdiyi qarşılaşmada rəqib "Qalatarasay"ın əsas yox, 3-cü komandası olub. "Report"un məlumatına görə, bu barədə həmin vaxt "Radikal" qəzetində dərc olunmuş yazıda bildirilir. 

Reportajda qeyd olunur ki, "sarı-qırmızılar"ın bir sıra aparıcı futbolçusu, o cümlədən, Bülent Korkmaz "Neftçi"yə qarşı oynamayıb. Baxmayaraq ki, həmin vaxt klubun futbol şöbəsinin rəhbəri olmuş Ergün Gürsoy ABŞ-a yollanmamışdan öncə komandadan oyuna əsas heyətlə çıxmasını istəyib.    

Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin köməkçi-məşqçisi vəzifəsində çalışan Samir Ələkbərov "Report"a açıqlamasında 26 il əvvəl Türkiyədə keçirilmiş görüş haqda bunları bildirib: "Əsas heyət oynamadı. Belə demək mümkündürsə, bizə qarşı mübarizə aparan əvəzedici heyət idi. Əsas heyətdən yalnız Tanju Çolak oynayırdı. Oyunun necə təşkil olunduğunu bilmirəm. Biz Türkiyədə Azərbaycan günləri çərçivəsində toplanışda idik və dedilər ki, "Qalatasaray"la oynayacaqsınız. Biz də çıxdıq oynadıq. Həmin vaxtı baş məşqçi rəhmətlik Ruslan Abdullayev olub. Bizim komandadan qolu mən və Vladislav Qədirov vurub. Yazıda göstərildiyi kimi, Yunis Hüseynov vurmayıb. Matç yanvarın 17-də keçirilmişdi. Sonradan eşitdik ki, Bakıda 20 yanvar hadisələri baş verib və təcili Bakıya qayıtdıq".

S.Ələkbərov bildirib ki, ovaxtkı "Neftçi" deyildiyi qədər güclü olmayıb, "Qalatasaray"ın isə yenicə inkişaf dövrünə qədəm qoyubmuş: "Komandamız SSRİ çempionatının güclülər dəstəsini yeni tərk etmiş və I Liqaya düşmüşdü. İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər Cavadov kimi futbolçular "Neftçi"ni tərk etmişdi. "Qalatasaray" isə yenicə uğurlar qazanmağa başlayırdı. Məlum səbəblərdən, Türkiyə futbolu barədə o qədər də zəngin məlumata malik deyildik".

Yerli mütəxəssis bu nəticənin şişirdilməsinə qarşı çıxıb: "Gah deyirlər ki, "Neftçi" "Qalatasaray"la heç-heçə edib, gah deyirlər ki, 50 il əvvəl SSRİ çempionatının bürünc medalını qazanıb. Bunlardan başqa heç bir ciddi nailiyyətimiz yoxdur. Amma bu nəticələri car çəkirlər. Mən belə şeylərin əlehinəyəm".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol