Azərbaycanın olimpiya çempionu yeni vəzifəyə təyin olundu

Olimpiya və dünya çempionu, sabiq güləşçi Fərid Mansurov yeni vəzifəyə təyin olunub.
Apasport.az saytının məlumatına görə, Afina Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Gənclər və İdman Nazirliyində fəaliyyət göstərəcək.
Mansurov nazirliyin idman şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumatı "Apasport.az"a təsdiqləyib.
Qeyd edək ki, Mirkamil Rəhimovun dünyasını dəyişməsindən sonra idman şöbəsinin müdiri vəzifəsi vakant idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























