Millimiz Türkiyəyə qalib gəldi

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib.
ANN.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.
Qeyd edək ki, əvvəlki oyunlarında İspaniyaya 4:2 hesabıyla qalib gələn millimiz İsveçrəyə 6:7 hesabıyla uduzmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























