• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi”nin qapıçısı: “Böhranın lap dibindəyik”

“Neftçi”nin qapıçısı: “Böhranın lap dibindəyik”
11.09.2016 12:29
Topaz Premyer Liqasının IV turunda "Qəbələ”yə 0:8 hesabı ilə məğlub olan "Neftçi”nin qapıçısı Kreşvan Santini oyundan sonra apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.
 
- Oyun haqqında fikirləriniz necədir?

- Bilmirəm nə deyim. Bu matç əsl müsibət idi. Karyeramın ən pis oyunu adlandıra bilərəm bunu. Mən həm öz adımdan, həm də komanda adından bütün azarkeşlərdən və neftçisevərlərdən üzr istəyirəm. Peşəkar futbolçunun öz işinə bu cür yanaşması qəbulolunan hal deyil. İkinci qola görə mən yenə də üzr istəyirəm. Mən fasilədə bu barədə komanda yoldaşlarıma da dedim. Düşünürəm ki, biz böhranın lap dibindəyik. Artıq bundan pis nəsə ola bilməz. Artıq bir yol var ki, o da yuxarı doğru hərəkət.
 
- İlk hissədən sonra niyə dəyişdilər sizi?

- Mən ikinci hissəyə psixoloji olaraq hazır idim, ancaq bu, baş məşqçinin qərarı idi.
 
- "Neftçi” tarixinin ən pis dönəmini yaşayır. Rəhbərlik də dedi ki, komandada köklü islahatlar olacaq. Siz legioner olaraq 4 oyunda 3 məğlubiyyətdən sonra qarşılıqlı razılaşma ilə, heç bir kompensasiya almadan klubdan gedərsiz?
- Bu, çox ağır sualdı. Bu cür oyundan sonra isti-isti nəsə deyə bilmərəm. Mənim bu komandada ilk ilimdi. Azarkeşlərlə klub rəhbərliyi arasında problemin nədən qaynaqlandığını bilmirəm. Öz adıma onu deyə bilərəm ki, bu vəziyyətdən çıxmağa çalışacağıq. Həm də indi elə bir vaxtdır ki, biz getsək də başqa komandada oynaya bilmərik. Ən yaxşı halda qışa qədər gözləməliyik. Ancaq yenə də deyirəm ki, ilk öncə çalışıb bu vəziyyətdən çıxmaq lazımdı.
 
- Baş məşqçinin oyunda olmaması hiss olunurdu?

- Belə bir məğlubiyyət üçün bu, səbəb ola bilməz. Vəli müəllim haqqında xəbəri oyuna iki saat qalmış bildik. Komanda üçün şok effekti yaratdı, ancaq məğlubiyyətə səbəb kimi göstərilə bilməz. Vəli müəllimi sevindirmək istəsək də, alınmadı. Bizim bu cür oynamağımızı xəstəxanada eşidən baş məşqçidən üzr istəyirəm. Söz tapa bilmirəm. Biz bu gün onun etimadını və güvənini itirdik. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol