• $
  • €
  • ₽
  • ₺
  • £

“Terimə böyük hörmətlə yanaşıram” - Şevçenko

“Terimə böyük hörmətlə yanaşıram” - Şevçenko
29.05.2020 05:00
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçiriləcək görüşdən danışıb. 

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, gənc məşqçi "ay-ulduzlular”la oyunda heç-heçədən razı qalacağını qeyd edib:

"Fatih Terimə böyük hörmətlə yanaşıram. O, "Milan”da mənim baş məşqçim olub. Türkiyə futbolunun son 20 ildə qazandığı uğurlar onun adı ilə bağlıdır. Mən Terimin iş prinsipinə bələdəm. O heç vaxt dəyişmir. Fatih Terim daim futbolçularından aqressiv və hücum futbolu tələb edir. 

Yaxşı məşqçi olacağımla bağlı dediyi sözlər mənim üçün avansdır. Bu yolu seçmişəm və ümid edirəm ki, uğur qazanacağam. Türkiyə ilə matçda yaxşı oynayıb, qələbə qazansaq, buna çox sevinəcəyəm. Yaxşı oyunla 1 xal qazansaq, narazılıq etməyəcəm. Oyunçularım psixoloji cəhətdən görüşə hazırdılar. Bu, məni sevindirir”. 

Xatırladaq ki, sabah keçiriləcək Türkiyə - Ukrayna görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol