İdmançı yarışda aldığı travmadan öldü - AZƏRBAYCANDA

Tərtərdə idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb.
15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.
Yaxınlarının verdiyi xəbərə görə, C. Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























