• $
  • €
  • ₽
  • ₺
  • £

Pley-off mərhələsinə yüksəlmək imkanımız var

Pley-off mərhələsinə yüksəlmək imkanımız var
09.11.2016 16:37
Azarkeşlərin milliyə olan inamını biz də hiss edirik. Futbolçularda da özünə inam yüksək səviyyədədir.

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

Noyabrın 11-də yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiyanın qonağı olacaq. Abışov bildirib ki, bu matçda əsas hədəfləri 1 xal qazanmaqdı:
 
"Ən azından pley-off mərhələsinə yüksəlmək imkanımız var. Bizi çox çətin oyun gözləyir. Çünki Şimali İrlandiya komandası bizə qrup ikincisi kimi baxır və hazırlıqlarını da buna görə görür. Əsas məqsədimiz, Belfastdan ən azı 1 xalla qayıtmaqdı. Bundan sonra San-Marino, Çexiya və Şimali İrlandiya ilə doğma azarkeşlər önündə oyunlarımız olacaq. Bu oyunlarda qələbələr qazanıb istədiyimiz nəticəni əldə edə bilərik".
 
Onun sözlərinə görə, komandada əhval-ruhiyyə qaydasındadı:
 
"Hamı həvəslə hazırlaşır. Baş məşqçi komandaya özünəinamı aşılaya bilib. İnanıram ki, bu oyunda hər şey milli komanda üçün yaxşı olacaq. Tək 11 nəfər yox, bütün komanda bu oyunda mübarizə aparmalıdı".
 
Abışov bildirib ki, özünü də Şimali İrlandiya ilə matça hazır sayır:
 
"Ancaq düşünürəm ki, heyətdə dəyişiklik olmayacaq. Futbolda belə bir deyim var, "Uğurlu çıxış edən heyəti dəyişməzlər". Mən də bunu yaxşı başa düşürəm. Təbii ki, mənə şans verilsə, əlimdən gələn köməyi komandadan əsirgəməyəcəyəm".
 
O, şərəfini qoruduğu "İnter"in çempionluq imkanlarını da dəyərləndirib:
 
"Mövsümə yaxşı başlamışdım. Ancaq bir müddət zədələndim. Zədədən sonra da bir az çətinliklər oldu. Yavaş-yavaş özümə gəlməyə çalışıram. Çoxları "Qəbələ" və "Qarabağ"ı çempionluq üçün aşkar favorit sayır. Bizim üçün çətin olacaq. Ancaq biz də sonadək mübarizə aparacağıq. Yaxşı kollektivə və baş məşqçiyə sahibik. Hara qədər gücümüz çatsa, ora qədər gedəcəyik. Təbii ki, əsas məqsədimiz, Avroliqaya vəsiqə qazanmaqdı".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol