Robert Prosineçkinin “Qızıl top”a namizədi bəlli oldu

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin "Qızıl top” mükafatına namizədi bəlli olub.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı çalışdırıcı, həmçinin ilin ən yaxşı məşqçisi seçimini də edib. Prosineçki "Qızıl top” uğrunda yarışda "Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messini fərqləndirib.
Xorvatiyalı çalışdırıcı ən yaxşı məşqçi kimi isə Portuqaliya millisini Avropa çempionu edən Fernandu Santuşu göstərib. Prosineçkinin qiymətləndirməsində Santoş "Barselona”nın baş məşqçisi Luis Enrikeni qabaqlayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























