"AZAL" 6 futbolçu ilə yollarını ayırıb

Bu mövsümdə AZAL futbol klubunu tərk edəcək altı futbolçunun adı açıqlanıb.
Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedov ölkə çempionatının qış fasıləsində komandadan ayrılacaqlar.
Adan Koronado ilə müqavilə futbolçunun ailə vəziyyətinə görə qarşılıqlı şəkildə pozulub. Qvanzav Maqomedov isə digər klubların onun xidmətində maraqlı olması ilə əlaqədar transferə çıxarılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























