• $
  • €
  • ₽
  • ₺
  • £

İslam Oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlandı

İslam Oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlandı
27.12.2016 15:03
"Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənclər bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır". 

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: "Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam qalacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".

A.Rəhimov Azərbaycanda yaradılacaq Milli Antidopinq Agentliyindən də söz açıb: "Müxtəlif ölkələr bu cür yanaşmaların əleyhinədir. Çünki elm daim inkişafdadır. On ildən sonra dopinqlə mübarizə aparılması üçün hansı cihazların yaradılacağı məlum deyil. Bu gün dərman qəbul edib, on ildən sonra tapıldıqda həmin idmançıdan medalını geri alırlar. Biz bununla razı deyilik. Amma Dünya Antidopinq Agentliyinin öz xətti var. Biz də buna hazır olmalıyıq. Belə bir qanun qəbul olundu. Milli Antidopinq Agentliyi qeydiyyatdan keçirilib və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. Agentliyin nəzdində üç şöbə - terapevtik, apellyasiya və s. fəaliyyət göstərəcək. Üzümüzə gələn il 400-ə qədər dopinq analizi götürməyi düşünürük. Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidir. Agentliyin rəhbəri Şəfəq Hacıyeva olacaq. Biz onu təklif etdik və qəbul edildi".

Nazir yerli federasiyalarda oxşar adların olmasına da toxunaraq, Ağırlıqqaldırma Federasiyasında prezident dəyişikliyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Federasiyalar ictimai birliklərdir. Biz eyniadlı federasiyanın olmasına icazə vermirik. Əgər belə olarsa, Ədliyyə Nazirliyində məsələ qaldırırıq. Bu gün Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərovdur. Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibinin müavinidir. Təbii ki, federasiya ilə də əlaqələrini pozmayıb".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol