“Messi ilə Ronaldo arasında fərq çox azdır” – Maradona

Əfsanəvi futbolçu Dieqo Maradona Lionel Messi ilə Kriştiano Ronaldo arasında müqayisə aparıb.
Qol.az-ın "Tuttomercatoweb” saytına istinadən yaydığı xəbərə görə, Maradona bu futbolçulardan hansının daha güclü olması ilə bağlı sual ünvanlanıb.
Cavabında o deyib: "Bu iki futbolçudan hansının güclü olduğunu söyləmək çətindir. Messi ilə Ronaldo arasında fərq çox azdır. Onlardan hər biri təkbaşına uğur qazana bilər. Bu sözlərim həmçinin Neymara da aiddir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























