Hamit Altıntop "Qalatasaray"dan ayrıldı

Türkiyənin "Qalatasaray" klubu futbolçu Hamit Altıntopla yollarını ayırıb.
"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, futbolçu ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilib.
Klub rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi ilə görüşüb və yola davam etməmək qərarı verilib. Altıntop da bu qərarı müsbət qarşılayıb.
Qeyd edək ki, 2012-ci ildən "Qalatasaray"da çıxış edən Hamit Altıntopla yolların ayrılmasının əsas səbəbi ölkə kubokunda "Tuzlaspor"la keçirilmiş matçda baş verənlər olub. İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda futbolçunun səhvi nəticəsində rəqib "sarı-qırmızılar"ı məyus etməyi bacarıb. H.Altıntop "Tuzlaspor"un İdarə Heyətində yer alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























