Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Ziller Junior Milton Luiz postundan ayrılıb.
ANN.Az apasport.az-a istinadən xəbər verir ki, o, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib.
AFFA rəhbərliyi baş məşqçinin xahişini nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























