"Gənclərbirliyi” klubunun əfsanəvi prezidenti vəfat etdi

Türkiyənin "Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav vəfat edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yüksək qan təzyiqi ilə bağlı uzun müddətdir ki, müalicə edilən İ. Cavcav dünən yıxılıb, başı yerə çırpılıb.
Beyindaxili qanaxma ilə əlaqədar Ankara Güvən Xəstəxanasına yerləşdirilən İ. Cavcavı həkimlərin səyinə baxmayaraq, 81 yaşında həyatını itirib.
Qeyd edək ki, İ. Cavcav 1978-ci ildən "Gənclərbirliyi” klubunun prezidentidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























