• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı “Formula 1” zamanı bəzi əyləncələrdən imtina edəcək

Bakı “Formula 1” zamanı bəzi əyləncələrdən imtina edəcək
20.02.2017 17:40
Bakı Şəhər Halqası (BŞH) Azərbaycan Qran Prisi zamanı 2016-cı il təşkil olunan bəzi əyləncələrdən imtina edəcək.

ANN.Az xəbər verir ki, BŞH-nın Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib ki, bu il 2016-cı ildə maraq doğurmayan bəzi əyləncələr başqaları ilə əvəz ediləcək.

N.Arpadarainin sözlərinə görə, keçən il Avropa Qran Prisində (red. 2017-ci ildən Azərbaycan Qran Prisi) insanlar bəzi əyləncələrə maraq göstərməyiblər: 

"Biz keçən il 2 kilometrlik Bakı Dəniz Vağzalından "Azneft” meydanına qədər əyləncə zonası ayırmışdıq. İnsanların daha çox canlı əyləncələrə meyil göstərdiyinin şahidi olduq. Carı ildə, 2016-ci ildə Avropa Qran Prisində insanların daha çox maraq göstərdiyi əyləncə növlərinin sayını artıracağıq, maraqsız olan əyləncələrdən isə imtina edəcəyik. 

Məsələn, "Flying Turbine” (uçan turbin) adlı attraksion, biz düşünürdük ki, bu, insanlar üçün maraqlı olacaq, lakin buna maraq o qədər də olmadı. Bu il həmin attraksion olmayacaq. Konsert proqramı keçən ildə olduğu kimi üç gün keçiriləcək”.

BŞH Marketinq və kommunikasiya şöbəsi rəhbəri bildirib ki, ötən illə müqayisədə bilet satışı daha sürətlə gedir.

"Bu il bilet satışı üzrə ilk yerləri Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, ərəb ölkələri tutur. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Sevindirici haldır ki, bu il Azərbaycan vətəndaşları yarışa daha çox maraq göstərir. Əsas hədəflərimiz ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır. Böyük Britaniyada "Formula 1” fanat kütləsi çoxdur. Bundan əlavə, biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik”.

Qeyd edək ki, "Formula 1” dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış "Azərbaycan Qran-Prisi” adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol