• $
  • €
  • ₽
  • ₺
  • £

Pelenin oğlu həbsdən azad edildi

Pelenin oğlu həbsdən azad edildi
02.03.2017 15:20
Əfsanəvi futbolçu Pelenin oğlu Edinyo həbsdən azad edilib.

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı müvəqqəti olaraq, azadlığa buraxılıb.

Belə ki, yeni apellyasiya şikayətinə baxılana qədər Edinyonun sərbəst buraxılmasına qərar verilib.

2014-cü ilin yayında Edinyoya narkobizneslə məşğul olmaq və çirkli pulların "yuyulması" səbəbindən 33 il azadlıqdan məhrum edilmə cəzası verilmişdi. Lakin Pelenin oğlu bununla razılaşmayaraq, apellyasiya şikayəti vermişdi. Nəticədə onun cəzasının müddəti 12 il 10 aya endirilmişdi.

Fevralın 24-də Edinyo Santos ştatının San-Paulo şəhərində polis bölməsinə aparılıb. Onun türməyə göndəriləcəyi gözlənilsə də, vəkili yeni apellyasiya şikayəti verərək, Edinyonun daha bir müddətə azadlıqda qalmasına nail olub. Pelenin oğlu növbəti dəfə açıqlamasında günahkar olmadığını bildirib: "Özümü bitmiş hiss edirəm. Böyük məyusluq hissi keçirirəm. Çünki günahım yoxdu. Adımı çirkli pulların "yuyulmasında" hallandırırlar, amma belə şey etməmişəm".

Qeyd edək ki, Edino futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçılarla işləyən məşqçi və köməkçi məşqçi kimi çalışıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol