Dünya çempionu faciəvi şəkildə öldü

Motosiklet yarışı üzrə dünya çempionu, fransalı Antoni Deləl Noqaro trasında məşq zamanı qəzada ölüb.
ANN.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Motorsport” məlumat yayıb.
O, məşq zamanı baş verən qəza nəticəsində çoxsaylı xəsarətlər alıb. Ona tibbi yardım göstərməyə cəhd olub, buna baxmayaraq aldığı yaralardan dünyasını dəyişib. Hadisənin səbəbi məlum deyil.
"Suzuki” komandasında çıxış edən Deləl 5 dəfə dünya çempionu titulunu qazanıb. Onun 35 yaşı var idi. İdmançı ailəli idi və iki övladı var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























