• $
  • €
  • ₽
  • ₺
  • £

Futbol üzrə Azərbaycan çempionu məlum olub

Futbol üzrə Azərbaycan çempionu məlum olub
16.04.2017 20:55
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Medalların taleyinə aydınlıq gəlməsi baxımından hər iki matç həlledici olub.
 
İlk görüş Gəncədə baş tutub. "Kəpəz”in qonağı olan "Qəbələ” səfərdən məğlub dönüb. Oyuna sürətli başlayan Roman Qriqorçukun yetirmələri ilk hissədə ələ düşən imkanlardan yararlana bilməyib. Bir neçə epizodda qapı dirəyi, qapıçı və oyunçuların qeyri-dəqiqliyi hesabı açmağa mane olub. İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Hesab isə 70-ci dəqiqədə açılıb. Rasim Ramaldanovla mübarizədən qalib ayrılan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra "qırmızı-qaralar" bərabərlik üçün irəli atılsa da, cavab qolunu vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 3-cü dəqiqədə matçın ən fəallarından olan Dario Federiko oyunda son nöqtəni qoyub.  Bununla da çempionluğa olan nəzəri şanslarını da çətinə salan "Qəbələ"dən fərqli olaraq "Kəpəz"in Avrokubok şansı davam edib.
 
Tura mərkəzi oyunla yekun vurulub. Artıq mükafatları təmin edən "İnter”lə "Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi qarşısında ilk məğlubiyyətini alıb. Bu nəticə isə ağdamlıların çempionluğu erkən elan etməsinə səbəb olub. Səfərdə 3 xal üçün qazanan Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsinə əsasən "Qəbələ" ilə fərqi 7 xala çatdırıb ki, bu da son iki tur öncəsi əlçatmaz olmaq deməkdir. Qazanılan 3 xal "Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyıb.
 
Azərbaycan Premyer Liqası
XXVI tur
16 aprel (bazar)
 
"İnter” – "Qarabağ” - 0:3
Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol