Kişi voleybolçularımızdan biabırçı məğlubiyyətlər

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Fransanın Lion şəhərində keçirilən "DÇ-2018”-in seçmə mərhələsində iştirak edir.
Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, qrupda ev sahibi Fransa, Ukrayna, İslandiya, Türkiyə və Almaniyaya rəqib olan yığmamız artıq ilk 3 oyununu keçirib.
İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan komandamız hər 3 matçda biabırçı şəkildə uduzub. Onlar ilk matçda Türkiyə, ikinci oyunda Almaniya, ardınca isə Ukraynaya 0:3 hesabı ilə məğlub olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























