Kintana meydana çıxmağına peşman oldu

Topaz Premyer Liqanın birinci turunda "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib.
Görüşün 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olan ispan yarımmüdafiəçinin qayıdışı uğursuz alınıb. O, 88-ci dəqiqədə ayağından zədə alaraq meydanı erkən tərk edib. "Qarabağ" hər 3 əvəzetmədən istifadə etdiyi üçün 10 nəfərlə oyunu davam etdirib.
Oyundan sonra, Qurbanov Kintananın zədəsinin ciddi olduğunu, dəqiq məlumatın açıqlanacağını deyib. Qurbanov zədənin əməliyyat olunan yerdən olmadığını da əlavə edib.
Xatırladaq ki, D.Kintana bundan əvvəl fevralda AZAL-a qarşı matçda diz bağları qırılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























