• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Quliyevdən Azərbaycana mesaj

Ramil Quliyevdən Azərbaycana mesaj
29.05.2020 08:56
"Azərbaycan bizim ürəyimizdir”, bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada  Londonda keçirilən dünya atletizm  çempionatında 200 metr məsafədə qızıl medal qazanan  Ramil Quliyev deyib.
 
İstanbulun Atatürk adına aeroportunda dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
 
Ramil Quliyev və məşqçisi Oleq Muxin APA-nın Türkiyə müxbirinin suallarını cavablandırıb:
 
- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?
 

Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim  də onun rekordlarını  qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?.
 
- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?
 
Ramil Quliyev:  Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına  qəlbimdəki  Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını  ürəkdən salamlayıram.
 
Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: "Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”.
 
- Bu özəl gündə Azərbaycana hansı mesajı vermək istərdiniz?

 
- Oleq Muxin: "Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk”.
 
İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir. Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu "Fenerbahçe” klubundan APA-ya daxil olan məlumata görə, avqustun 20-də  Türkiyə super liqasında oynanacaq  Fənərbahça-Trabzonspor matçı  O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.
 
Mais Məmmədov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol