• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” Londonda qalib gəlir...

“Qarabağ” Londonda qalib gəlir...
12.09.2017 23:24
Azərbaycanın "Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup oyunları çərçivəsində Londonda "Çelsi” klubu ilə ilk oyununu keçirilir.

Oyun bitməsə də "Qarabağ”ı artıq qalib saymaq olar, bu komanda hələ meydana çıxmadan təmsil etdiyi Ağdam şəhərini işğal altında saxlayan erməni işğalçılarına qarşı güclü təbliğat zərbəsi endirib. Çoxsaylı Britaniya KİV-ləri, o cümlədən digər nüfuzlu qərb KİV-ləri "Qarabağ” klubunu təqdim edərək bu komandanın təmsil etdiyi şəhərin hazıra Ermənistanın işğalı altında olduğunu, xarabalıqlara çevrildiyini qeyd edirlər.

"Onların doğma şəhəri büsbütün xarabalığa çevrilib, 1990-cı illərin əvvəllərində gedən qəddar müharibənin nəticəsində Ermənistan  qüvvələri tərəfindən işğal olunub və bombalanıb, darmadağın edilib. Doğma stadionları "İmarat” hazırda çınqıllıqdan ibarətdir”-"The Daily Telegrah”, "The Mirror” və digər Britaniya KİV-lərinin "Çelsi”-"Qarabağ” oyunu ərəfəsində verdikləri təqdimatda deyilir.
Britaniya KİV-ləri qeyd  edir ki, Ermənistanın işğalı nəticsində "Qarabağ” ev oyunlarını doğma "Ağdam”dan 440 kilometr məsafədə-Bakıda keçirməyə məcburdur. "Klub Azərbaycan üçün əla qürur mənbəyidir, ölkənin milli komandasının oyunçuları "Qarabağ”ın oyunçularıdır”-KİV-lər bildirir.

"Qarabağ” klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimov "Daily Telegraph”a bildirib ki, bu klub bütün azərbaycan xalqının qürur mənbəyidir. "Bizim torpaqlarımız işğal oluub və "Qarabağ”ın uğurları sayəsində biz bu faktı beyəlxalq ictimayyətə çatdıra bilirik”-klub rəsmisi deyib.
"Çelsi” komandasının meneceri, italiyalı məşhur məşqçi Antonio Konti isə bildirib ki, "Qarabağ” yaxşı komandadır. "Mən bu komandanın oyunçularının çoxunu yaxşı tanıyıram, çünki İtaliya yığmasının məşqçisi olanda Azərbaycana qarşı seçmə oyunlarda oynamışam, klubun oyunçularının çoxu yığmada oynayır”-Konte deyib.

Şübhəsiz ki, Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmaq haqqı qazanan ilk Azərbaycan klubu kimi "Qarabağ”ı  dünyanın ən güclü klublarından biri olan "Çelsi” ilə asan oyun gözləmir. Lakin bu oyunun nəticəsindən asılı olmayaraq komandanı qalib saymaq olar, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Ağdam şəhərini necə vəhşicəsinə dağıtması barədə faktları dünya ictimaiyyətinə bu cür effektiv şəkildə çatdırmağa imkan yaratmasına görə...

F.Məmmədov
Virtualaz.org

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol