• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün "Qarabağ" Bakıda "Roma"nı qəbul edəcək

Bu gün "Qarabağ" Bakıda "Roma"nı qəbul edəcək
27.09.2017 10:30
Bu gün "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi II tur çərçivəsində İtaliya təmsilçisi "Roma”nı qəbul edəcək.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu adına ilkə imza atan "köhlən atlar” romalılarla görüşdə daha bir tarix yazacaq. Satışa çıxarılan bütün biletlərin satıldığı üçün Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı rekord sayda – 65 min azarkeş izləyəcək.
ÇL-də debüt matçında İngiltərədə "Çelsi”yə 0:6 hesabı ilə uduzan "Qarabağ” avrokuboklarda ev oyunları zamanı müsbət nəticə əldə etməyi bacaran bir kollektivdir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda keçirdiyi son 9 görüşdən yalnız 1-də uduzub. Ağdamlılıar 2016-cı il dekabrın 8-də Avropa Liqasının qrup mərhələsi matçında digər İtaliya təmsilçisi "Fiorentina”ya məğlub olub (1:2).

"Qarabağ” İtaliya klublarına qarşı keçirdiyi oyunlarda yaxşı nəticə əldə edə bilmir. Azərbaycan çempionu 4 oyundan 3-də uduzub, 1-də heç-heçə edib. Ağdam komandası evdə "Fiorentina”ya yenilməklə bərabər, 2014/2015 mövsümündə Avropa Liqasının qrupunda "İnter”lə heç-heçə edib. Milanda rəqibinə 2 cavabsız qolla uduzan Q.Qurbanovun rəhbərlik etdiyi kollektiv, İtaliyada "Fiorentina”ya böyük hesabla məğlub olub (1:5).

"Roma” ümumilikdə 10-cu, son 4 mövsümdə isə 3-cü dəfə ÇL-in qrupunda çıxış edəcək. İtaliyalılar ötən mövsüm ÇL-in "pley-off” mərhələsində Portuqaliya "Portu”suna uduzub və mübarizəni Avropa Liqasında davam etdirib. Burada 1/8 finala qədər irəliləyən "Roma” iki oyunun nəticəsinə əsasən, Fransa "Lion”una məğlub olub – 4:5 (2:4, 2:1).

Yeni mövsümün ilk turunda İspaniyanın "Atletiko” komandası ilə qolsuz heç-heçə edən romalılar ÇL-də son 7 matçda qalib gələ bilməyiblər. Sonuncu qələbə 4 noyabr 2015-ci ildə Almaniya "Bayer”i ilə görüşdə olub – 3:2. Bu, həm də turnirdə son 16 görüşdə yeganə qalibiyyətdir. Paytaxt komandası ötən mövsüm Avropa Liqasında 5 səfər oyunundan 2-də qalib gəlib. Lakin "sarı-qırmızılar” ÇL-də son 10 səfər qarşılaşmasından qələbəsiz ayrılıblar.

Komandalardan heç birinin heyətində cəzalı futbolçular olmasa da, zədəlilər gözə dəyir. "Roma”dan hollandiyalı arxa xətt oyunçusu Rik Karsdorp, nigeriyalı müdafiəçi Nura Abdullahi və çexiyalı hücumçu Patrik Şik zədə üzündən "Qarabağ”la görüşdə iştirak etməyəcək. Argentinalı forvard Dieoqo Perottinin durumu isə sual altındadır. Ağdam təmsilçisində isə sol cinah müdafiəçisi Ansi Aqollinin durumu sual altındadır. Albaniyalı futbolçu zədəsini sağaltsa da, oynamağa tam hazır deyil.

Hər iki kollektiv ötən həftə ölkə çempionatında son oyunlarını evdə keçiriblər və qalib gəliblər. "Roma” "Udineze”ni 3:1, "Qarabağ” isə "Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası, II tur

C qrupu
27 sentyabr
20:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya)
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya stadionu.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol