Güləşçilərimiz Dağıstanda 2 qızıl medal qazanıblar

Dağıstanın Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 2 qızıl medala sahib olub.
Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























