• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov hakimin qərarı barədə: "Bizim ölkəyə bu qədərmi kiçik baxırlar"

Qurban Qurbanov hakimin qərarı barədə: "Bizim ölkəyə bu qədərmi  kiçik baxırlar"
23.11.2017 00:16
Çempionlar Liqasının 5-ci turunda evdə "Çelsi”yə 0:4 hesabıyla uduzan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurban  Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

- Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular. Həmişə ən intizamlı komanda olmuşuq. Ancaq son vaxtlar "qırmızı”ların sayı artıb. Bəzən belə hallar olur. Futbolda hər şeyi normal qarşılamaq lazımdır. Komandama təşəkkür edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadılar. Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq.

- İlk penalti epizodundan sonra futbolçuları yanınıza çağırdınız. Elə təəssürat yarandı ki, sanki komandanı meydandan çıxaracaqsınız...

- Şehiçə dedim ki, yerində qalsın. Futbolçulara isə bəzi tapşırıqlar verdim. Onlar şokda idilər. Özünüz də gördünüz ki, oyunun əvvəlində çox istəkli idilər. Bu cür vəziyyətdə çox böyük hesablı məğlubiyyət ola bilərdi. Onlara ürək-dirək vermək üçün çağırdım. Elə addım heç vaxt atmaram. 

- Qırmızı vərəqə və penalti barədə fikirlərinizi bildirərdiz. Bu idarəçilikdən sonra UEFA-ya məktub göndərməyi planlaşdırırsınız?

- Yox, belə bir fikrimiz yoxdur. Penalti epizodları barədə bir şey deyə bilmərəm. Lakin qırmızı vərəqə ilə bağlı qərar çox ağır oldu. Ümumiyyətlə, son vaxtlar qırmızı vərəqə çox ağır vəziyyətlərdə verilir. Məsələn, hansısa oyunçunu sındıranda... Ancaq hakim qərarı artıq verib. Heç nəyi dəyişmək mümkün deyil. Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var. Lakin harasa şikayət etməyi düşünmürük. "Çelsi”nin belə köməyə ehtiyacı yox idi. Çünki onlar onsuz da bizdən güclü komandadır.

- "Qarabağ”a qarşı birinci dəfə deyil ki, belə qərar verilir. Bu, "Qarabağ”ın adı ilə bağlı olan qərardı? Açıq görünürdü ki, burda qərəz var idi...

- Gəlin, bu barədə çox danışmayaq. Onsuz da, onların üzərinə gedərək, nəyisə dəyişə bilməyəcəyik. Kiminsə diqqətini cəlb etməmək üçün belə sözlər işlətməsək yaxşıdır. Qərar artıq verilib. Bəlkə də, bizim bilmədyimiz nüanslar var. Özümüzü elə aparmalıyıq ki, bizə qarşı həmişə hörmətlə yanaşsınlar.

- Son 11 oyunda 6 qırmızı vərəqə. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə artıq fikrimi bildirdim. Həmişə çalışıram ki, komandam intizamlı olsun. Ancaq futbol mübarizə oyunudur. Bu cür komandalara qarşı cüzi qayda pozuntusu belə sarı, qırmızı vərəqə ilə nəticələnir. Bu oyundakı qırmızı vərəqə də şübhəli idi. Futbolçularımın intizamından razıyam. Lakin bir futbolçu səviyyəcə digərini üstələyirsə, bu cür vərəqələr olur. Sonda Antonio Konteni qələbə münasibətilə təbrik edirəm. O, daim öz üzərində çalışan məşqçilərdəndir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol