• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı

Rəşad Sadıqov bütün dünyaya “Qarabağ”dan danışdı
06.12.2017 00:25
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində son oyununu səfərdə "Roma" komandasına qarşı keçirəcək.

Publika.az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına "Qarabağ"ın liqadakı iştirakı ilə bağlı açıqlama verib:

"Avropa ölkələrində hər bir klub Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyir. Bu, futbolun inkişafına təkan verir. Hər kəs qrupa düşdüyümüz vaxt başqa cür sevindi və bunu hamı gördü. Azərbaycanda futbol sevgisi 5 dəfə gücləndi. Futbol haqqında söhbətlər başladı. Uşaqlar, qadınlar, yaşlı nəsil, bir sözlə, hər kəs bizim oyunlarımızı müzakirə edirdi. Bu irəliyə atılmış vacib addım idi. 8 il ərzində sistemli şəkildə inkişaf etdik və Çempionlar Liqasının qrup mərhələsinə düşdük. Rəqiblərimizə gəldikdə, bu komandalarla Avropa Liqasında görüşə bilərik, yoldaşlıq oyunlarında oynaya bilərik. Belə güclü millilərə qarşı yığmada da oynamışıq. Amma Çempionlar Liqası xüsusi bir şeydir. "Çelsi", "Roma", "Atletiko" ilə oyunlar ciddi sınaq, təcrübə və məktəbdir.
 
Bu ilk addımlarını atan Azərbaycan futbolu üçün tarixdir. Qurban Qurbanov komandanı formalaşdırır və biz onun oyun fəlsəfəsini həyata keçirməyə çalışırıq. Mən deyə bilərəm ki, "Qarabağ"ın nümayiş etdirdiyi oyun Qurban Qurbanovun təbiətini əks etdirir. Qurbanovu aşağıdakı sözlərlə izah edə bilərəm: Nəcib, mehriban, səmimi, təvazökar insan. Komandamız bu cür adamlardan formalaşır. Rəqiblərə hörmətlə yanaşırıq və ədalətli oyun prinsiplərinə əməl edirik. Müdafiədə oturmağı sevmirik və hücum futbolu oynayırıq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol