"Sumqayıt" "Qəbələ"dən futbolçu alıb

Dövrələrarası fasilə zamanı "Sumqayıt" futbol klubu Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.
Trend klubun saytına istinadən məlumat verir ki, komanda "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb. 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Ülvi yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ü.İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























