• $
  • €
  • ₽
  • ₺
  • £

Darmadağın olan Argentinaya görə Messiyə bunlar yazıldı

Darmadağın olan Argentinaya görə Messiyə bunlar yazıldı
22.06.2018 11:30
Ötən gün DÇ-2018 çərçivəsində keçirilən Argentina - Xorvatiya oyununun gözlənilməz nəticəsi futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Ulduz futbolçusu Messinin liderliyi ilə çempionata qatılan və əsas favoritlərdən hesab olunan Argentinanın Xorvatiyaya 3-0 hesabı ilə məğlub olması haqda sosial şəbəkələrdə maraqlı fikirlər paylaşılıb.

Axar.az Argentinanın məğlubiyyəti ilə bağlı sosial şəbəkələrdə yazılan maraqlı statusları təqdim edir.

Ramin Zaid: "Olmuşam Messi xumar, yenə qollarımız qaçır, yenə qollarımız qaçır”.

Kamran Əsədov: "188 yükdaşıma xidməti Argentinaya ağır yüklərini daşımaq üçün öz xidmətlərini təklif edir”.

İlham Şaban: "Messinin pensiya pulunu Argentinada əlindən almasalar yaxşıdır”.

Emil Salamoğlu: "Yaşım çatandan bəri xorvatların mübarizə aparmadığını görməmişəm. Çox ləyaqətli xalqdır və futbolda da bunu göstəriblər”.

Orxan Tağıyev: "Dünya kuboku dedi ki, "Messi ti kto takoy, davay do svidaniya”.

Elnur Məmmədli: "Argentinanın baş məşqçisi Xorxe Sampaoli Braziliya seriallarında evin xidmətçisinə göz dikən şorgöz ev sahiblərinə oxşayır”.

Tahir Süleymanov: "Argentina millisinin baş məşqçisi futbol əvəzinə "nakolka”larına uyğun bir motosikl alıb, baykerlik etsə, daha münasib olar”.

Anar Əhmədov: "Fantastik oyundur. Argentina ilə belə məzələnən olmamışdı”.

Tural Cəfərov: "Nigeriya sabah İslandiyanı udsa və Argentina da Nigeriyaya qalib gəlsə, Argentina növbəti mərhələyə çıxacaq. Ey Argentina, sən belə hesablar aparan komandamı idin?”

İlham Quliyev: "Argentina yığmasının baş məşqçisi Sampauli futbolçulardan daha hərəkətlidir. Oyun başlayandan dayanmır”.

Ayat Şirin: "Sabah Messi: Argentinanın fəhlələrüyüy”.

Oktay Cəfərov: "Mənə Argentina azarkeşlərinin ağlamağı qəribə gəldi və "Neftçi” uduzarkən azarkeşlərin xorla "Neftçi”ni söyməyi yadıma düşdü”.

İmran Abdin: "Moskva göz yaşlarına inanmır, Messi”.

Qeyd edək ki, Xorvatiyanın qollarını Rebiç, Luka Modriç və Rakitiç vurub. Məğlubiyyətdən sonra Argentina 1 xalda qalıb, Xorvatiya isə xalını 6-ya yüksəldərək, növbəti mərhələyə çıxıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol