FİFA Argentina Futbol Assosiasiyasını cərimələyib

Buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir.
FİFA Argentina Futbol Assosiasiyasını 90 min avro məbləğində cərimələyib.
"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir. Fanatlar həmçinin meydana kənar əşyalar atıb və təhqiramiz ifadələr işlədiblər.
Daha öncə Argentina millisinin bir qrup azarkeşinin Xorvatiya yığmasının fanatını döydükləri görüntülər yayılıb.
Qeyd edək ki, Argentina yığması sözügedən matçda Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























