“Neftçi”nin baş məşqçisi istefa verdi

“Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov “Simurq” klubuna məğlubiyyətdən sonra istefa verib. ANN.Az klub saytına istinadən məlumat verir ki,istefa ərizəsi “Neftçi” rəhbərliyi tərəfindən qəbul olunub. Elşad Əhmədov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Mən əvəzedici heyətlə çempion olmuşam. Hazırda isə AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarına qatıldığıma görə Zaqataladakı oyunda iştirak edə bilmədim. Lakin əvəzedicilərin son zamanlardakı çıxışı qənaətbəxş deyildi. Buna görə də bu gün istefa ərizəmi klub rəhbərliyinə təqdim etdim. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























