"Real Madrid"də Luka Modriç şoku

"Real Madrid"in xorvat ulduzu Luka Modriç 4 ay yaşıl meydanlardan uzaqda qalacaq.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, o sol baldırındakı zədə ucbatından oynaya bilməyəcək.Klubun saytı bununla bağlı məlumat da yayıb. "AVRO 2016"nın seçmə oyunları çərçivəsində Xorvatiya-İtaliya arasında həftə sonu oynanılan qarşılaşma zamanı zədələnən Modriçin vəziyyəti azarkeşləri də məyus edib.Qeyd edək ki, "Real Madrid"lə bu mövsüm 17 qarşılaşmaya çıxan Modriç komandanın ilk 11-liyinin dəyişməyən oyunçularındandır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























