Azərbaycanlı futbolçu nəhəng klubların HƏDƏFİNDƏ

Emil Balayev İtaliyanın A seriyası yolundaBakının "Neftçi" futbol klubunun gənc qolkiperi Emil Balayev karyerasını İtaliyanın A seriyasında davam etdirə bilər.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Azəri Buffon" ləqəbi ilə tanınan qapıçının Avropanın aparıcı klublarının hədəfində olduğu deyilir. Bu klubların içərisində İtaliyanın "Roma" klubunun futbolçunu transfer etməkdə daha istəkli olduğu deyilir. "Roma"nın bir vaxtlar "Qalatasaray"ın formasını geyinmiş Morqan De Sanktisin yaxın günlərdə karyerasını başa vuracağını və ona əvəzləyici kimi Emil Balayevin kluba gətiriləcəyi bildirilir. "Neftçi" ilə müqaviləsi bu ilin dekabr ayında bitəcək qapıçının "Roma"nın skautları tərəfindən yaxından izlənildiyi bildirilir.Qeyd edək ki, 20 yaşlı qolkiper bir vaxtlar Türkiyə klublarının da maraq dairəsindədir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























