Messi: "Barselona"dan ayrıla bilərəm"

"Barselona" klubunun simvoluna çevrilən Lionel Messi Argentinanın "Ole" qəzetinə verdiyi müsahibəsində ilk dəfə sevimli klibundan ayrılma məsələsindən danışıb.
ANN.Az xəbər verir ki, Messinin bu müsahibəsi İspaniyada bomba effekti yaradıb. Çünki indiyə qədər Messi nə olursa olsun ispan klubundan ayrılmayacağını demişdi.Messi bu məsələyə də aydınlıq gətirib: "Hər zaman bunu demişəm. Əgər hər şey yolunda gedirsə, burada qalacağam. Amma o da var ki, işlər hər zaman adamın istədiyi axarla getmir. Xüsusilə də futbolda tez-tez dəyişikliklər yaşanır və müxtəlif yönlü proseslər baş verir".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























