• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan millisinin zəif cəhəti müəyyənləşdi

Azərbaycan millisinin zəif cəhəti müəyyənləşdi
19.11.2014 10:08

Azərbaycan millisinin zəif cəhəti müəyyənləşib.

ANN.Az "Apasport"a istinadən xəbər verir ki, məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində ardıcıl 4 məğlubiyyət alan komandamız qapıya dəqiq zərbə endirməyi bacarmır.Belə ki, ilk 4 turdan sonra yarışın statistik göstəricilərini açıqlayan UEFA yığmamızın bu göstəricidə qitənin ən zəifi olduğunu ortaya qoyub. Məsələ ondadır ki, komandamız keçirdiyi 4 oyunun 360 dəqiqəsi ərzində “çərçivə”yə cəmisi 3 dəfə düşüb. Bu isə seçmə mərhələnin 53 iştirakçısı arasında sonuncu olan komandamızın orta hesabla hər 2 saatdan bir qapıçını narahat etməsi deməkdir. Həmin 3 zərbədən ikisi Bolqarıstan, biri İtaliya ilə matça təsadüf edib. Son iki görüşdə isə Xorvatiya və Norveç milliləri meydana qapıçısız da çıxsaydı, qol buraxmazdı. Müqayisə üçün qeyd edək ki, sonuncular sırasında olan Andorra, San-Marino, Lixtenşteyn və Albaniya hərəyə 4 zərbəsi var. Lakin sonuncular 2 matçda bu qədər zərbə vurub.Bu göstəricidə liderlər İsveçrə (36), Almaniya (35) və Polşadı (32). Ayrı-ayrı oyunçulardan Ueyn Runi 13, Qaret Beyl isə 11 dəfə çərçivəyə düşə bilib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol