• $
  • €
  • ₽
  • ₺
  • £

Fariz Məmmədova rinqə çıxmaq qadağan edildi

Fariz Məmmədova rinqə çıxmaq qadağan edildi
18.11.2014 09:35
Peşəkar boksçu Fariz Məmmədov noyabrın 29-30-da Bakıda keçiriləcək AİBA Pro Boxing turnirində iştirak etməyəcək. ANN.Az “Sportpress”ə istinadən xəbər verir ki, Məmmədov oktyabrda baş tutan ilk görüşdə Rusiya təmsilçisi Andrey Zamkovoya uduzmaqla yanaşı burnundan ciddi zədə alıb. İlkin müayinədən sonra boksçunun 3 ay müddətində rinqə çıxmayacağı məlum olub. Farizin təkidindən sonra boksçu təkrar müayinə edilib. Yekun rəyə əsasən idmançıya rinqə çıxmaq qadağan edilib. Əks halda onun səhhətində ciddi problemlərin yaranacağı bildirilib. Peşəkar boksçu ən azı dekabrın ortalarına qədər rinqdə mübarizə apara bilməyəcək. Hazırda bərpa kursu keçən idmançı gələn ay təkrar müayinə ediləcək və bundan sonra onun rinqə qayıdacağı vaxt dəqiqləşəcək.Burnunda cərahiyyə əməliyyatı keçirən Fariz Məmmədov hazırda aktiv məşqlərdə iştirak edə bilmir. Məhz bu səbəbdən onun ilin sonuna qədər rinqə qayıdacağı sual altındadır. AİBA Pro Boxing turnirinin ilk turunda uduzan boksçu ikinci görüşdə iştirak etməyəcəyindən yarışın finalına çıxmaq şansını itirir. Bu isə Farizin AİBA Pro Boxing turnirində növbəti görüşlərə çıxmasını əhəmiyyətsiz edir.Fariz Məmmədovun Andrey Zamkovoya məğlubiyyətindən sonra ilk dəfə sportpress.az saytı boksçumuzun aldığı zədəyə görə turnirdən kənarlaşdırıldığı barədə məlumat yayıb.Qeyd edək ki, AİBA Pro Boxing turnirində finala vəsiqə qazanan boksçular 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol